“AST Telman” sığınacaq aldığı Monteneqrodan bu ölkəyə QAÇDI

“AST Telman” sığınacaq aldığı Monteneqrodan bu ölkəyə QAÇDI
AST Şirkətlər Qrupunun sahibi, Azərbaycan əsilli Rusiya milyarderi Telman İsmayılov sığınacaq aldığı Monteneqrodan Fransaya köçüb. 

Sfera.az-ın məlumatına görə, o, ötən şənbə gün paytaxt Podqoritsa şəhərini tərk edib.

Xatırladaq ki, İsmaylıov neçə vaxtdır bu ölkədə məskunlaşmışdı. Rusiya onun barəsində İnterpol xəttiylə axtarış versə də, Montenqro onu təhvil verməkdən boyun qaçırmışdı. 

Telman İsmayılovun Monteneqro prezidenti Milo Cukanoviçlə yaxşı münasibətləri olub.  Milo Cukanoviç onun Türkiyədə tikdirdiyi dəbdəbəli "Mardan Palace” mehmanxanasında qonaq da olub.

Telman İsmayılovun isə hazırda Fransanın Nitsa şəhəri yaxınlığındakı Antiba qəsəbəsində məskunlaşdığı bildirilir.

Antibada Telman İsmayılova məxsus böyük bir villa var. İsmayılovun hazırda yerləşdiyi sözügedən villanın dəyəri 25 milyon avrodan çoxdur.

Onu da qeyd edək ki, İsmayılovun villası Almaniyanın "Deuche bank”nın girovluğundadır. (Gundem.az)
 

OXŞAR XƏBƏRLƏR

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...

Beynəlxalq zəng mərkəzinin fəaliyyəti ləğv edildi: Milyonlarla zərər vurublar

Hüquq-mühafizə orqanlarının əməkdaşları Odessada özlərini Çexiya Mərkəzi Bankının əməkdaşları kimi təqdim edərək əcnəbiləri aldadan zəng mərkəzinin fəaliyyətini...