Mayın 16-da Ay tutulacaq
17:30 / 13.05.2022
1284
Mayın 16-da ilin ilk Ay tutulması hadisəsi baş verəcək.
Sfera.az xəbər verir ki, təbiət hadisəsi tam Ay tutulması olacaq.
Tutulma saat 07:29-da başlayacaq, saat 08:53-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınacaq.
Bu təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olacaq.