İcra başçısı şəhid anasının evini sökdürdü - VİDEO
14:59 / 13.05.2022
1198
Sabunçu rayonunda şəhid anasının tikdiyi evin sökülməsi ilə bağlı məlumat yayılıb.
Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan, "İgidliyə görə” və "Vətən uğrunda” medalları ilə təltif olunmuş gizir Sübhan Mahir oğlu Abdurahmanlının anası Mehriban Abdurahmanlı bildirib ki, ona bağışlanan torpaqda tikmək istədiyi ev uçurulub.
Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Sabunçu rayon icra başçısı Adil Vəliyevlə əlaqə saxlanılıb.
"Şəhidimizin anası Mehriban Abdurahmanlı hansısa dələduzun toruna düşüb. Mənə verilən məlumata görə, həmin tikili Amil Əliyev adlı bir şəxsindir. Kim istəsə gəlib baxa bilər, o köhnə yarımçıq tikili olub. Bizim tərəfimizdən inşaası dayandırılıb. Özü də şəhid ailəsi adından istifadə edərək, orada ev yox, qeyri-yaşayış sahəsi - obyekt tikmək istəyirlər. Məlumata görə, tikintiyə icazə almaqdan ötrü şəhid anasına 1000 manat pul verib. Ümumiyyətlə, o xanım indiyə kimi bir neçə nəfərə himayədarlıq edib, qanunsuz tikintilərə icazə almaq istəyib.
Cənab Prezidentin tapşırığı ilə bütün şəhid ailələrinə yüksək səviyyədə xidmət göstərilir. Həmin xanımın dedikləri və əməlləri isə məndə çox böyük təəssüf hissi yaratdı. Mən onu bir neçə dəfə qəbul etmişəm. İzah etmişəm ki, həmin ərazi kənd təsərrüfatı təyinatlıdır və Abşeron rayonun tabeliyindədir. Mənim ora tikintiyə icazə vermək ixtiyarım yoxdur. Bildirmişəm ki, torpağın sənədlərini düzəltsin, əgər doğrudan da özünə məxsus torpaq olsa, ona nəyin ki, icazə verəcəyəm, hətta tikintisinə də kömək edəcəyəm.
İcra başçısı vurğulayıb ki, həmin xanıma ölkə başçısı ev hədiyyə edib: