Yaraşıqlı aktyor boşandı - Ödəyəcəyi aliment miqdarı müzakirə mövzusu oldu

Yaraşıqlı aktyor boşandı -  Ödəyəcəyi aliment miqdarı müzakirə mövzusu oldu
Türkiyəli aktyor İbrahim Çelikkol və həyat yoldaşı Mihre Çelikkolun boşanma davasının təfərrüatları ortaya çıxıb.
 
Sfera.az bildirir ki, məhkəmə protokoluna görə, cütlüyün övladının qəyyumluğu Mihre Çelikkola veriləcək, aktyor isə oğlu üçün ayda 9 500 lirə ödəməli olacaq.
 
Bununla yanaşı, İbrahimin keçmiş həyat yoldaşı və oğlunun yaşadığı evin kirayəsi və hesabları daxil olmaqla, 35 min lirə verəcəyi də bəlli olub. 
Məlumata görə, Mihre Çelikkol Beykoz Rivadakı daşınmaz əmlakın 50 faizini 5 milyon lirə qarşılığında aktyora təhvil verəcək. İbrahim Çelikkolun ortağı olduğu şirkətə məxsus avtomobil isə Mihredə qalacaq.

Xatırladaq ki, 2017-ci ildə ailə quran İbrahim Çelikkol və Mihre Çelikkol ötən gün təxminən 5 dəqiqə davam edən məhkəmə nəticəsində boşanıblar. İkilinin Əli adında bir övladları var.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

“Dünya Gözəli” finalçısı vəfat etdi

“Miss Cənubi Afrika 2005” müsabiqəsində birinci olmuş və ölkəsini “Miss World 2005” müsabiqəsində təmsil edən Dhiveji Smith Dhiveja vəfa...

"Mən itirdikcə qazandım" - Oksana

"İnsan itirdikcə qazanır... Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona... Ü...

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib.    Sfera.az-ın məlumatına görə, hadisə bu...

Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"yə qalib gələrək finala yüksəldi

Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.   Sfera.az-ın məlumatına görə, yarımfinalın cavab matçında "Qarabağ" "Ne...

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...