\"Niyə Azərbaycanda rəsmi milyoner və milyarderlər yoxdur?\" - Razi Nurullayev

\
"Məşğulluq xidmətinin fəaliyyətində ciddi problemlər var”.
 
Sfera.az bildirir ki, bunu deputat Razi Nurullayev deyib. O bildirib ki, problemlərin onlardan asılı olmayan məsələlərdən qaynaqlanması mümkündür:
 
"Bu məsələnin müzakirəsini aparmaq lazımdır, nə qədər nəticəsizlik olar axı? Hər şey şəffaflıq, dürüstlük, qanunpərəstlik, kağız-kuğuzla da olmur. Bunlar təbii ki, vacib meyarlardan biridir, amma gözlə görünə bilən nəticələr olmayanda, qiymətləndirmək çətindir. Digər tərəfdən, kütləvi iş yerlərinin yaranması üçün dövlət birmənalı bizneslə məşğul olmaqdan kənarda dayanıb. Yalnız və yalnız tənzimləyici, nizamlayıcı və nəzarətçi rolunda olmalıdır. Bunun üçün gərək rəsmi və qeyri-rəsmi qadağalar aradan götürülsün. Niyə Azərbaycanda rəsmi milyoner və milyarderlər yoxdur? Onlarla var, amma gizlənir, çünki, qorxurlar”.

Millət vəkili deyib ki,  ölkəyə qaytarılan və sərmayə şəklində yatırılan vəsaitlər üçün maliyyə amnistiyası qəbul edilməlidir:

"Nəticədə kütləvi iş yerləri yaransın. Bunun üçün ən yaxşı zamandır. Onsuz da xaricdə də pul saxlamaq artıq təhlükəlidir, bir gün tutub ya əlindən alacaqlar, ya da sanksiya qoyub donduracaqlar”.

Türkan 
Sfera.az

OXŞAR XƏBƏRLƏR