İşdən çıxarılan Tahir Əmiraslanovdan AÇIQLAMA

İşdən çıxarılan Tahir Əmiraslanovdan AÇIQLAMA
Milli Kulinariya Mərkəzinin keçmiş baş direktoru Tahir Əmiraslanov teleaparıcı Orxan Fikrətoğlunun onu əvəz etməsi ilə bağlı məsələyə münasibət bildirib.

Sfera.az-ın məlumatına görə, Əmiraslanov qeyd edib ki, Azərbaycan Milli Kulinariya Mərkəzi dövlət qurumudur və Dövlət Turizm Agentliyinin nəzdindədir:

"Mərkəzin baş direktoru vəzifəsinə işə götürmək və işdən azad etmək Turizm Agentliyinin səlahiyyətinə aiddir.  Onlar da mənı bu vəzifədən azad edib, Orxan Fikrətoğlunu təyin ediblər. Mən Azərbaycan Milli Kulinariya Assosiyasiyası İctimai Birliyinin və Dünya İslam Kulinariya Birliyinin prezidentiyəm - bu təşkilatların fəaliyyətlərini genişləndirməyə, onları irəli aparmağa çalışıram. Orxan Fikrətoğlunu çoxdan tanıyıram, aramızda salam var. Ona yeni işində uğur arzulayıram”.

T.Əmiraslanov Milli Kulinariya Mərkəzi və Milli Kulinariya Assosiyasiyası arasında əməkdaşlıq haqqında daimi müqavilənin olduğunu xatırladıb:

"Müqaviləyə heç bir tərəf xitam verməyib, əməkdaşlıq davam edir. Biz dövlət və milli maraqları, şəxsi və korporativ maraqlardan üstün bilirik. Başqa jurnalist yozmalarına inanmayın”.

Qeyd edək ki, teleaparıcı Orxan Fikrətoğlunun mərkəzə rəhbər təyin edilməsi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb, əksəriyyət təyinatın düzgün olmadığını vurğulayıb.

Günay Rəsulqızı

 

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur"

Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İl...

Azərbaycan Qırğızıstanla energetika əməkdaşlığına dair Anlaşma Memorandumu İMZALADI

Azərbaycan Energetika Nazirliyi ilə Qırğızıstan Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.   ...

ABŞ-nin bir qrup konqresmen köməkçisi Azərbaycana GƏLDİ

Milli Məclisin (MM) Amerika Birləşmiş Ştatları ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azərbaycanda səfərdə olan ABŞ Konqresi üzvlərinin bir q...

Baş Prokurorluq sabiq baş pediatrın intiharı ilə bağlı MƏLUMAT YAYDI

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor Nəsib Quliyev intihar edib.   Sfera.az bildirir ki, bu barədə Azərbaycan Respublik...

Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."

Ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlanan kimi tələbələr paytaxta münasib qiymətə ev axtarışına çıxırlar. Tələbələrin bir çoxu isə universitetlərin ...

İran İsraili İTTİHAM ETDİ: "Qəzzada müharibə cinayətləri törədir"

İranın Xarici İşlər Nazirliyi Qəzzadakı müharibəni pisləyib.   Sfera.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi X hesabında məsələ ilə bağlı bəzi...