Afət Fərmanqızı axtarışa verilməsindən danışdı: \"Hamiləyəm, gələ bilmirəm\"

Afət Fərmanqızı axtarışa verilməsindən danışdı: \
13:00
 
Müğənni Afət Fərmanqızı barəsində axtarış elan olunub.

Sfera.az xəbər verir ki, hakim Mahirə Kazımovanın sədrliyi ilə araşdırılan şikayətlə bağlı məhkəmə aktı çıxarılıb.

Binəqədi rayon Məhkəməsində xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə icraatı dayandırılıb.

Akta görə, müğənni Afət Fərmanqızı məhkəmədən gizləndiyinə görə həbs nəzərdə tutulmadan axtarışa verilib.

Müğənni məhkəməyə gətirilənə qədər məhkəmə icraatının dayandırıldığı elan olunub.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə ittiham olunması tələb edir. (Trend)
 
***
 
Müğənni Afət Fərmanqızı axtarışa verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Oxu.Az-a açıqlama verən Afət Fərmanqızı bunun sifarişli iş olduğunu vurğulayıb:

"Nə axtarışı? Bu, sifarişli işdir. Bu məhkəmənin adı Floranındır. O, məni ona görə məhkəməyə verdi ki, bunun arxasında duran qüvvə var. Mən o qüvvəni dəqiqləşdirdim. Floranın arxasında dayanan 60 yaşlı əyriayaq var. Həmin 60 yaşlı əyriayaq ilə Floranın yazışmaları, səs yazıları hamısı əlimdədir.  Necə oldu ki, 3 ildən sonra məni məhkəməyə verdi?! O, Floraya deyib ki, "sən onu məhkəməyə ver, mən onun başına oyun açdıracağam”. Mənim əlimdə onların yazışmaları var. Bu, sifarişli işdir. Yaxın vaxtlarda sosial media hesabımda bununla bağlı ətraflı məlumat verəcəyəm”.

Afət, həmçinin, hazırda Tovuzda atasının evində olduğunu qeyd edib:

"Mən Tovuzdayam, ata evimdəyəm. Məhkəməyə də bu barədə sənəd təqdim etmişəm. Hamiləyəm, gələ bilmirəm”.


OXŞAR XƏBƏRLƏR

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...