“Orxanın potensialını kulinariyaya sərf etməsini istəməzdim\" - Tanınmış aparıcı

“Orxanın potensialını kulinariyaya sərf etməsini istəməzdim\
"Orxanın kinoya, ədəbiyyata sevgisini və istedadını bilən birisi kimi, potensialını kulinariyaya sərf etməsini istəməzdim”.
 
Sfera.az bildirir ki, bunu tanınmış aparıcı İlhamiyyə Rza,  həmkarı Orxan Fikrətoğlunun Milli Kulinariya Mərkəzinin baş direktoru təyin olmasına münasibət bildirərkən deyib.

"Ümumiyyətlə, ha düşünürəm, cavab tapa bilmirəm ki, Orxan orda nə edəcək axı? Məncə ona kinostudiya  və ya televiziya kanalı verilməli idi. Tahir Əmiraslanova görə isə üzülmürəm, çünki o, elə kulinariyada qalacaq və yenə öz əvəzsiz töhfələrini verəcək. Ətrafında peşəkarlardan ibarət gözəl komandası, dünyaca şöhrəti var. O qəbil insanlardandır ki, vəzifə onu yox, o vəzifəni dəyərə mindirirdi”, - deyə aparıcı əlavə edib.

Xatırladaq ki, 11 aprel 2022-ci il tarixindən etibarən Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsinə Orxan Fikrət oğlu Sadıqov təyin olunub.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...