MÜHÜM QƏRAR: BMT Ukrayna ilə bağlı qətnamə qəbul etdi

MÜHÜM QƏRAR: BMT Ukrayna ilə bağlı qətnamə qəbul etdi
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasının təşkil etdiyi Ukrayna Xüsusi Sessiyasının sonunda Rusiyanın hücumları nəticəsində Ukraynada insan haqları ilə bağlı vəziyyətin daha dərindən araşdırılması üçün qətnamənin mətni səsə qoyulub.

Sfera.az xəbər verir ki, qərara 2 nəfər əleyhinə, 33 nəfər leyhinə səs verib, 12 nəfər isə bitərəf qalıb.

Qətnamədə fevralın 24-də müharibə başlayandan bəri Rusiya tərəfindən törədilən insan haqları pozuntuları pislənib. Rusiya "beynəlxalq təşkilatların nümayəndələrinə münaqişənin təsirinə məruz qalmış ərazilərdə mülki şəxslərə dərhal və müdaxiləsiz çıxışını təmin etməyə icazə verməyə” çağırılıb.
Ukrayna üzrə yaradılmış müstəqil beynəlxalq istintaq komissiyasının paytaxt Kiyev, Çerniqov və Xarkov vilayətlərində insan haqları pozuntularına toxunan və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edən qətnamə mətnində mühasirəyə alınmış Mariupolda atəşkəs prosesinin ləng getməsi və evakuasiya ilə bağlı narahatlıq ifadə olunub.

Qətnamədə Şuranın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə tam dəstək verdiyi bir daha vurğulanıb./Qafqazinfo/

 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...