Ukraynaya bu şərtlə silah verə bilərik - Afina

Ukraynaya bu şərtlə silah verə bilərik - Afina
ABŞ Yunanıstandan Ukraynanı silahla təmin etməyi tələb edir.

Sfera.az xəbər verir ki, bu barədə "Rudaw” nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ Yunanıstandan Ukraynaya "S-300”, "OSA-AK” və "TOR M-1” hava hücumundan müdafiə sistemləri, "BMP-1” zirehli maşınları göndərməsini istəyib.

"Afina ABŞ-la müzakirə zamanı Türkiyədən gələn təhdidlərə və türk hərbi təyyarələrinin Yunanıstan adaları üzərində daimi uçuşlarına işarə edib. Yunanıstan Ağ Ev rəsmilərinə cavab verib ki, ABŞ və digər NATO ölkələrinin Lesbos, Saqqız və Rodos adalarına hava hücumundan müdafiə sistemləri yerləşdirəcəyi təqdirdə Ukraynaya silah tədarük edə bilər”,- məlumatda deyilib. (Axar.az)
 

OXŞAR XƏBƏRLƏR