Samirə Əfəndi Azərbaycana dəstək olmadığını AÇIQLADI - VİDEO

Samirə Əfəndi Azərbaycana dəstək olmadığını AÇIQLADI - VİDEO
Ötən il Azərbaycanı "Avroviziya”da təmsil edən müğənni Samirə Əfəndi bu il Azərbaycan təmsilçisinə dəstək olmadığını açıqlayıb.

O, bu barədə şəxsi "Instagram” səhifəsində danışarkən qeyd edib.

Bildirib ki, buna səbəb yarışın keçirildiyi İtaliyaya Norveç nümayəndə heyəti tərəfindən dəvət olunmasıdır:

"Dünəndən bəri saysız mesajlar alıram ki, builki iştirakçıya niyə dəstək olmuram. Birincisi, bu il "Avroviziya”ya dəvəti Norveç tərəfindən almışam və öz komandalarına dəstək kimi dəvət ediblər. İkincisi, məni bizim böyüklərimiz dəstəkləmişdilər. Başda Aygün Kazımova, Röya Ayxan, Zülfiyyə Xanbabayeva məni dəstəkləmişdilər. Bilmirəm, builki iştirakçıya dəstək olacaqlar, ya yox. Götürüb onlara yazın, mənə yox.

Mənə bu qədər məktub yazmaq lazım deyil. Buna ehtiyac yoxdur. Sizcə, nə qədər doğru olardı ki, Norveçin dəvəti ilə qonaq kimi gəlib, digər ölkəni dəstəkləyim? Öz işimi, nə etdiyimi gözəl bilirəm”.
Sözügedən videonu təqdim edirik:

Xatırladaq ki, ötən il sosial şəbəkələrdə "Avroviziya” beynəlxalq mahnı müsabiqəsində Norveçin Tix təxəllüsü ilə tanınan müğənnisi Andreas Haukelandın azərbaycanlı həmkarı Samirə Əfəndiyə eşq elan etdiyi barədə xəbərlər dolaşırdı.  
 

OXŞAR XƏBƏRLƏR