İsgəndər Həmidovun övladları arasında ÇƏKİŞMƏ - MÜLKÜ HƏRRACA ÇIXARILDI

İsgəndər Həmidovun övladları arasında ÇƏKİŞMƏ -  MÜLKÜ HƏRRACA ÇIXARILDI
Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovun Səbail rayonunda evi hərraca çıxarılıb.

Sfera.az xəbər verir ki, evin hərraca çıxarılmasına səbəb ata evinin Həmidovun övladları – Həmidov Nofəl və Məcidzadə Məcid arasında bölünə bilməməsi olub.

Belə ki, böyük qardaş Məcidzadə Məcid ata mülkündən öz qardaşı Nofələ pay vermədiyi üçün sonuncu tərəfindən məhkəməyə verilib. 

İsgəndər Həmidovun kiçik oğlu mənzilin bölünməsi, bu mümkün olmadıqda payın əvəzinə kompensasiya ödənilməsi, daha sonra əmlakın açıq hərracdan satılması və payların münasib şəkildə bölüşdürülməsi ilə bağlı Bakı Şəhər Səbail rayon məhkəməsində iddia qaldırıb və iddia məhkəmə tərəfindən təmin edilib.

Məhkəmə müəyyən edib ki, cavabdeh olan qardaş Məcid Məcidzadə həmin mənzildən özü istifadə edir, açarlar özündədir, Həmidov Nofələ həmin yaşayış sahəsi üzrə istifadə etməyə imkan vermir və çətinliklər yaradır. Həmçinin gələcəkdə payı üzərindən sərəncam vermək və sair hallarla bağlı çətinliklərin yaranacağı indidən bəllidir. Çünki, qardaşı ilə bağlı aralarında münasibətlər vərəsəliklə bağlı çox soyuqdur. Məcidzadə Məcid atasına məxsus olan, lakin atasının adından olmayan digər əmlakları, o cümlədən avtomobili (avtomobili sataraq dəyərini) müxtəlif üsullarla özgəninkiləşdirib. Bildirilir ki, Nofəl qardaşı Məcidlə razılıq əldə etməyə çalısa da, bu mümkün olmayıb. Nəticədə məhkəmə mənzilin hərrac yolu ilə satılmasına dair qərar verib.

Mərhum nazirin Bakı Şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində 5 saylı binada yerləşən, 22 saylı mənzilinin (Yeni qaydalarla: AZ1001, Bakı şəhəri, Səbayil rayonu, BMT-nin 50 illiyi küçəsi, 7M9,m1) ilkin satış qiyməti 350 000 AZN olaraq dəyərləndirilir. Hərrac mayın 25-də keçiriləcək.

Qeyd edək ki, İ. Həmidov 1992-93-cü illərdə Azərbaycanın daxili işlər naziri olub və 2020-ci ildə 71 yaşında vəfat edib. (Qafqazinfo)

Keçiriləcək hərracın detalları: 
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1

Şəhid Xudayarın adından saxta "Tik-Tok" açıb görün nə etdilər... - ANASI POLİSƏ MÜRACİƏT EDƏCƏK - FOTO

"Oğlumun adından "Tik-Tok" səhifələri açırlar, izləyici yığdıqdan sonra həmin səhifələrin adını dəyişib satırlar. Bu hal mənə çox pis təsir edir....

Anastasiya Voloçkova azərbaycanlı sevgilisindən danışdı - Rus dilini bilmir

Məşhur rus balerina Anastasiya Voloçkova bir müddətdir gündəmdən düşməyən azərbaycanlı sevgilisi haqda açıqlama verib.  Sfera.az axşam.az-a istinad...

Rusiyadan Qarabağdakı ermənilərə ŞOK TƏKLİF - Moskvadan növbəti HİYLƏ

"Hazırda Ermənistan-Azərbaycan sərhəddində vəziyyətin getdikcə gərginləşməsi birbaşa Ermənistanın daxili siyasi vəziyyəti ilə, üstəlikdə ki, Paşinyanın par...

Günün qoroskopu: Bunun üçün əlverişli zaman deyil!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik.   ...

Laçına gedən yol Xankəndidə yaşayan ermənilərin gözü ilə... – VİDEO

Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında, Xankəndidə yaşayan David Simonyan “Kafkazskiy Uzel” saytında Azərbaycanın Laçın dəhlizinə ...

Rusiyanın əməliyyatı başa çatdı - Şoyqu Putinə məruzə etdi

“Azovstal” poladəritmə zavodunun ərazisi tam təmizlənib.   Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.   Qeyd olunur ...