Nasistlərin gizlətdiyi 10 ton qızıldan ibarət xəzinənin izi tapıldı: Bu sarayın həyətinə basdırılıb - FOTOLAR

Nasistlərin gizlətdiyi 10 ton qızıldan ibarət xəzinənin izi tapıldı: Bu sarayın həyətinə basdırılıb - FOTOLAR
İkinci Dünya Müharibəsindən bəri xəzinə ovçularının axtardığı itmiş nasist qızıllarının izi tapılıb. 
 
Sfera.az bildirir ki, Polşa mərkəzli bir fondun (Silezya Körpüsü Fondu) tədqiqatçıları ölkənin cənubundakı Minkovskie kəndində xəzinə ilə əlaqəli qutu aşkar ediblər. Geo-radar skanları sayəsində ərazidə yerləşən, 18-ci əsrə aid sarayın istixanasında 50 sm enində qutu tapılıb. Ərazi isə SS zabitlərindən birinin gündəliyi və başqa bir zabitin çəkdiyi xəritə ilə müəyyən edilib. 

Sarayın SS əsgərləri tərəfindən əxlaqsızlıq yuvası kimi istifadə edildiyi təxmin edilir. Buraya basdırılan qızılın miqdarının 10 ton, dəyərinin isə 200 milyon funt sterlinq olduğu düşünülür. 

Fondun əldə etdiyi gündəlikdə Fransadakı kolleksiyalardan oğurlandığı güman edilən beynəlxalq əhəmiyyətli 47 sənət əsərinin bölgədəki anbarlarda tapıldığını göstərən elementlər də var. Həmçinin Botticelli, Rubens, Cezanne, Carravajio, Monet, Dürer, Rafael, Rembrandt kimi dünyaca məşhur adların əsərlərinin bölgədəki anbarlarda olduğu güman edilir.

Qeyd edək ki, nasistlərin xəzinəni qorumaq məqsədilə tələlər quraşdırmış ola biləcəkləri ehtimal edildiyi üçün bölgədə qazıntı işlərinə başlamadan öncə hərbi səlahiyyətlilərdən icazə almaq lazım gəlib. Bu səbəblə fond qazıntıların nə vaxt başlayacağını açıqlamayıb.  

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...