Makronun Aİ-yə alternativ olaraq təklif etdiyi siyasi icmanın vədləri: ASB-yə üzv olmağa dəyərmi?

Makronun Aİ-yə alternativ olaraq təklif etdiyi siyasi icmanın vədləri: ASB-yə üzv olmağa dəyərmi?
Makronun Aİ-yə daxil olmayan ölkələr üçün təklif etdiyi Avropa Siyasi Birliyi (ASB) geniş müzakirə mövzusuna çevrilib.
 
Sfera.az bildirir ki, Avropa coğrafiyasında baş verən sürətli və köklü dəyişikliklər Avropa Birliyinin gələcəyi ilə bağlı fərqli düsturların gündəmə gəlməsinə səbəb olur.

Bunlardan biri də həftənin əvvəlində Fransa prezidenti Emmanuel Makron tərəfindən əslində 1989-cu ildə Fransanın o zamankı prezidenti Fransua Mitteranın "konfederal Avropa” təklifi əsasında gündəmə gətirilən Avropa Siyasi Birliyidir. İndiki mərhələdə bir o qədər də aydın olmayan və AB üzvlərinin kor-koranə qəbul etməyəcəyi təklif eyni zamanda Türkiyəni də maraqlandırır.

NİYƏ İNDİ?

İndi Aİ-nin genişlənməyə həvəsi ən aşağı səviyyədə, ona üzv olmaq istəyən ölkələrin sayı isə yüksək səviyyədədir. Rusiyanın hücumundan sonra Ukrayna, Moldova və Gürcüstan üzvlük üçün müraciət etdikdən sonra bu siyahı bir qədər də uzanıb. Bu ölkələrin heç birinin qısa müddətdə birliyə üzv olması mümkün deyil. ASB Qərbi Balkan ölkələrinin və yeni müraciət edənlərin üzvlük gözləyərkən Aİ-dən uzaqlaşmasının qarşısını alacaq aralıq düstur olaraq görülür.
 
Aİ-YƏ ALTERNATİV DEYİL

ASB Aİ üzvlüyündən ayrı, müstəqil hesab edilən layihədir. Bu layihə Aİ-nin məqsədini, dəyərlərini və prinsiplərini bölüşən demokratik ölkələrlə bütün tərəfləri maraqlandıran sahələrdə daha dərin əməkdaşlıq və koordinasiya məqsədi daşıyır. Bir ölkənin ASB-ə daxil edilməsi onun Aİ-yə üzvlükdən imtina etməsi və ya onun  Aİ üzvlüyünə zəmanət verildiyi mənasına gəlmir. 

ASB-də olmaq Aİ-nin qərar mexanizmində iştirak etmək demək deyil.

ƏMƏKDAŞLIQ SAHƏLƏRİ

ASB ilə siyasət, təhlükəsizlik, enerji, nəqliyyat, investisiya və insanların sərbəst hərəkəti sahələrində qabaqcıl əməkdaşlıq planlaşdırılır.

HƏR KƏSƏ AÇIQDIR?

ASB-ə kimin daxil ola biləcəyi hələ dəqiq müəyyən edilməyib. Makronun açıqlamalarından aydın olur ki, o, ASB-nin geniş sahəni əhatə etməsini istəyir. Ukrayna, Moldova, Gürcüstan və Qərbi Balkan ölkələri isə bu məsələdə prioritetdir.

TÜRKİYƏNİN DURUMU
 
Makron açıqlamalarında birbaşa Türkiyəni vurğulamayıb. İndiyə qədər edilən vurğu, danışıqlar prosesində Aİ-nin namizədi olan Türkiyəyə qapıların ən azından nəzəri olaraq bağlanmadığını göstərir. Lakin ASB-nin əsas prioriteti Türkiyə deyil. Türkiyə uzun müddətdir ki, ASB üçün sadalanan əməkdaşlıq sahələrində Aİ ilə birbaşa və dərindən işləyir. Bu sahələrdə yüksək səviyyəli dialoq mexanizmi fəaldır. Bu, Ankara üçün təklifin cazibəsini azaldır. Gözlənilir ki, təklif dəqiqləşdirildikdən və tam əhatəli olduqdan sonra Türkiyənin ASB-ə yanaşması müəyyən ediləcək.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...