Dünyanın ən böyük ağ almazı satıldı - Rekord qiymətə

Dünyanın ən böyük ağ almazı satıldı - Rekord qiymətə
Ticarət tarixindəki ən böyük ağ almaz 21 milyon İsveçrə frankına (22,5 milyon dollar) satılıb.
 
Sfera.az xəbər verir ki, satılan almaz Cenevrədə ticarət tarixinin ən böyük ağ almaz olub.

Satılan almaz 228,31 karat ağırlığında armud formalı "The Rock” daşıdır. Lotun ilkin dəyəri 19-30 milyon İsveçrə frankı qiymətləndirilib və son nəticədə almaz 21 milyon İsveçrə frankına satılıb.

Hərraca rəhbərlik edən "Christie's” Cenevrə zərgərlik şöbəsinin rəhbəri Maks Favset armud formalı və mükəmməl simmetrik "The Rock”u "hərraca çıxarılan ən nadir daş-qaşlardan biri" kimi xarakterizə edib.

Auksionda "Harry Winston”, "Cartier”, "Van Cleef & Arpels” kimi ən məşhur zərgərlik evləri də iştirak edib.

"The Rock” 20 il əvvəl Cənubi Afrikadakı bir mədəndə tapılıb. Almaz Cenevrədə hərracda satılmazdan əvvəl Dubay, Taypey və Nyu-Yorkda da ictimaiyyətə nümayiş etdirilib.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...