Avtomobil sahibi olmaq istəyənlər üçün şans yarandı – Ucuz qiymətə satışa çıxarılan maşınların SİYAHISI

Avtomobil sahibi olmaq istəyənlər üçün şans yarandı – Ucuz qiymətə satışa çıxarılan maşınların SİYAHISI
Azərbaycanda bir neçə dövlət qurumunun balansında olan bəzi avtomobillər hərrac yolu ilə satışa çıxarılacaq. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil ediləcək hərrac iyunun 7-də baş tutacaq.  
 
Maraqlıdır, təqdim olunan avtomobillərin mövcud qiymətlərlə satılma ehtimalı nə qədərdir? Şəffaflığın qorunması üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı Sfera.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov ucuz avtomobillərin təqdim edilən qiymətlərlə satıla biləcəyini deyib:
 
"Təqdim olunan qiymətlər bazardakı qiymətlərlə eynilik təşkil edir. Bu avtomobillərin həmin qiymətlərlə satılma ehtimalı böyükdür. Lakin qeyd etməliyəm ki, bu, hərracdır, avtomobil satılmaya da bilər. Bundan əvvəl təşkil olunan hərraclarda şəffaflıq təmin olunub, gözləniləndir ki, bu dəfə də təmin olunsun. Dövlət qurumlarındakı nəqliyyat vasitələrinin istifadə müddəti bitdikdə, onlara ehtiyac qalmadıqda, yaxud hansısa dövlət qurumu ləğv edildikdə müvafiq dövlət qurumu tərəfindən hərraca çıxarılır”. 

Ekspert bu şəkildə hərracların ildə bir neçə dəfə təşkil edilə biləcəyini vurğulayıb:

"Belə hərraclar avtomobillərin yığılması ilə əlaqədar ildə bir, yaxud bir neçə dəfə satışa çıxarıla bilər. Bu cür şəffaf hərracların keçirilməsi müsbət haldır. Vətəndaşlar üçün imkan yaranır ki, onlar ucuz qiymətə nəqliyyat vasitəsi əldə edə bilsinlər”.

Aşağıda təqdim olunan avtomobillərin siyahısı yer alır: 
 
 

 

S/N

Balanssaxlayıcı müəssisənin adı

Əlaqəli şəxs

Nəqliyyat vasitəsinin markası

Buraxılış ili

Start qiyməti (manatla)

10% beh (manatla)

1

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti İsmayıllı Rayon Filialı

Əhmədova Zemfira
099 743 32 30

VAZ-21074

2007

1700

170

2

Xocalı Rayon İcra Hakimiyyəti

Abdullayev Elmir
050 433 63 60

Hyundai Sonata

2003

2500

250

3

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı Filialı

Aslanov Elman
051 309 98 09

Volkswagen Amarok Minik

2011

12000

1200

4

Ağstafa Rayon İcra Hakimiyyəti

Dəmirçiyev Elmin
055 452 52 56

Traktor "Belarus" MUP-351 özü süpürən və yükləyən MTZ-82.1

2010

3500

350

5

"Azneftkimyamaş-Balaxanı maşınqayırma zavodu" ASC

İsmayılov Anar
055 333 56 44

Daewoo-Leqanza Minik

1999

1000

100

6

Xocavənd Rayon İcra Hakimiyyəti

Məmmədov Bəhruz
050 342 89 19

BMW-530İ

2006

5000

500

7

Gəncə Dövlət Universiteti

Əliyev Zakir
055 884 12 22

QAZ-3110

1997

1000

100

8

Gəncə Dövlət Universiteti

Əliyev Zakir
055 884 12 22

QAZ-31105

2005

3000

300

9

Gəncə Dövlət Universiteti

Əliyev Zakir
055 884 12 22

VAZ-21074

2003

1500

150

10

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı

Növbətçi hissə
012 551 16 44

FİAT Doblo Panorama minik

2010

4500

450

11

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı

Növbətçi hissə
012 551 16 44

FİAT Doblo minik

2012

5000

500

12

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı

Növbətçi hissə
012 551 16 44

BMW-318İ minik

2011

5500

550

13

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı

Növbətçi hissə
012 551 16 44

Hyundai Tucson

2006

6500

650

14

Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi

Növbətçi hissə
012 492 50 31

Nissan Maxima

2006

5000

500

15

Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi

Növbətçi hissə
012 492 50 31

Kia Sorento

2011

15000

1500

 

Əzizə Zeynal

Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1