Rusiya bu ölkəni təhdid etdi: “Üzr istəməsəniz…”

Rusiya bu ölkəni təhdid etdi: “Üzr istəməsəniz…”
Polşada 9 May Qələbə Günü zamanı rusiyalı səfir Sergey Andreyevin üzərinə qırmızı boya atılması hadisəsi ətrafındakı qalmaqal günü-gündən böyüyür. 
 
Sfera.az xəbər verir ki, səfirə edilən hücumla bağlı sərt açıqlama verən Rusiya Xarici İşlər Nazirliyi Polşanı az qala hədələyərək üzr istəməsini tələb edib. Belə ki, hücumdan sonra Rusiya XİN  Polşanın Rusiyadakı səfiri Kşiştof Krayevskini nazirliyə çağıraraq rəsmi üzr istəməsini tələb edib. Nazirlik üzr istənilmədiyi təqdirdə daha da irəli gedəcəyini vurğulayıb. 

Nazirlikdən verilən açıqlamada, "Rusiya baş vermiş hadisəyə görə Polşa administrasiyasının rəsmi üzr istəməsini gözləyir. Rusiya səfirinin və Polşadakı Rusiya qurumlarının bütün işçilərinin təhlükəsizliyinin təmin edilməsini tələb edir. Varşavanın istəklərimizə reaksiyasından asılı olaraq gələcək addımlar atılacaq”, -deyə bildirilib.

Maraqlıdır ki, bu yöndə Polşa tərəfindən hələlik heç bir addım atılmayıb.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR