Qandonduran etiraf: “Rus əsgərlər döyüşməmək üçün özlərini yaralayır, hətta intihar edirlər"

Qandonduran etiraf: “Rus əsgərlər döyüşməmək üçün özlərini yaralayır, hətta intihar edirlər
Moskvanın müharibənin "ikinci mərhələsi”nin başladığını elan etməsi ilə Ukraynanın şərq bölgələrində qarşıdurmalar daha da şiddətlənib.
 
Sfera.az xəbər verir ki, müharibənin davam etdiyi bir tarixdə rus əsgərlərlə bağlı qəribə məlumatlar yayılıb. Belə ki, Ukraynada əsir düşən rus əsgəri Andrey Uşakovun sözləri geniş müzakirələrə səbəb olub. O, rus əsgərlərinin döyüşməmək üçün özlərini yaraladığını, bəzilərinin isə intihar etdiyini iddia edib.
İngiltərənin "Metro” qəzetində yer alan xəbərə görə, əsgərlər müalicə üçün Rusiyaya qayıtmaq məqsədilə özlərini yaralayırlar. 

Ötən həftələrdə Ukrayna Təhlükəsizlik Xidməti də elan etmişdi ki, Ukraynadakı rus əsgərləri evə qayıtmaq üçün özlərini ayaqlarından güllələyiblər.
Əldə edilən telefon danışıqlarına əsaslanaraq, Ukrayna Təhlükəsizlik Xidməti iki ordunun fərqli güllələrdən istifadə etdiyini, buna görə də rus əsgərlərinin Ukrayna silah-sursatını ələ keçirməyə çalışdığını vurğulayıb.

Sözügedən telefon danışığında bir rus əsgəri anasına bölməsinin istifadə etdiyi Rusiya AK-74-lərindəki 5.62 millimetrlik güllə əvəzinə Ukrayna ordusuna aid 7.62 millimetrlik güllə tapmaq istədiyini bildirib. Sözügedən söhbət zamanı əsgər anasına artıq bir çox dostunun bunu etdiyini deyib.
Qeyd edək ki, Rusiya ordusu cəbhədən qaçan və ya özünü xidmətə yararsız hala salan əsgərlərə ağır cəzalar tətbiq edir. Bu səbəbdən əsgərlərin Ukrayna hücumunda yaralandıqlarına komandirlərini inandırmaq üçün 7.62 millimetrlik güllə ilə ayaqlarına atəş açdıqları bildirilir.

Xatırladaq ki, Ukrayna Rusiyanın itkilərinin 25 mindən çox olduğunu bildirir. Rusiya isə son rəqəmləri açıqlamaqdan imtina edir.
Rusiya Müdafiə Nazirliyi "xüsusi hərbi əməliyyat” adlandırdığı bu işğalda ümumilikdə 498 əsgərin öldürüldüyünü açıqlayıb. Lakin bu məlumat 2 mart tarixinə aiddir və o vaxtdan bəri yenilənməyib.

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...