ABŞ kəşfiyyatı: \"Putin uzunmüddətli müharibəyə hazırlaşır\" - Hədəfdə bu ölkələr var

ABŞ kəşfiyyatı: \
Putinin uzunmüddətli müharibəyə hazırlaşdığı iddia edilib.
 
Sfera.az bildirir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının (DNI) direktoru Avril Haines Senatda keçirilən "Dünya miqyasında təhlükələr" adlı sessiyada çıxış edərkən deyib. O, Rusiya prezidentinin planları ilə bağlı maraqlı fikirlər irəli sürüb. 

Putinin Ukraynada "uzadılmış müharibə”yə hazırlaşdığını vurğulayan Hayns, "Ruslar Ukraynanın şərqində hərbi uğur qazansalar belə, bu müharibəni bitirməyəcəklər. Biz Putinin Donbasdan kənarda da hədəflərə çatmaq üçün uzunmüddətli müharibəyə hazırlaşdığını düşünürük”, - deyə bildirib. 

Qurum rəsmisinin qeyd etdiyi ilk bölgələr ekspertlərin əvvəllər də işarə etdiyi Moldova və Ukraynanın cənub sahilləri olub. Hayns, Putinin Dnestryanı və Odessada güclü səfərbərliyə ehtiyacının olduğunu və bunu etmədən istədiyinə nail ola bilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, bölgədən gələn son xəbərlər Ukrayna ordusunun kritik nöqtələrdə qələbə qazandığını göstərib. Bildirilib ki, Ukrayna qoşunları xüsusilə Xarkov ətrafında irəliləməyə davam edir. Ukrayna prezidenti Vladimir Zelenski rus qoşunlarının Xarkovdan tədricən geri çəkildiyini açıqlayıb: 

"Ukrayna Silahlı Qüvvələri torpaqlarımızı və xalqımızı xilas etmək üçün hər şeyi edir - Xerson, Melitopol, Berdyansk, Mariupol və bütün digər şəhərləri”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...