Ukraynada müharibə nə vaxt bitəcək? Zelenski açıqladı

Ukraynada müharibə nə vaxt bitəcək? Zelenski açıqladı
Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə Ukraynanın bütün ərazilərini və insanlarını geri qaytarmasından sonra başa çatacaq.

Sfera.az "Oxu.az"a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Fransanın aparıcı universitetlərinin tələbələri ilə onlayn görüş zamanı deyib.

"Mən açıq deyirəm: Bizə çox şey lazım deyil... Biz dövlətimizə, torpağımıza sülhü qaytarmaq istəyirik. Rusiya bir-bir əlimizdən bütün hüquqlarımızı aldı: Torpaq hüququmuzu, seçmək hüququmuzu və nəhayət, indi də növbə yaşamaq hüququmuza gəlib çatıb”, - deyə dövlət başçısı bəyan edib.

O izah edib ki, danışıqlar yalnız o baxımdan aparıla bilər ki, Rusiya öz qərarlarının yanlışlığını və fəlakətli xarakterini anlasın, həmçinin Ukraynada törədilən cinayətlərin cəzasını çəkməyə hazır olsun.

Prezident vurğulayıb ki, Ukrayna şəhər və kəndlərində, eləcə də Buça, İrpen və Mariupolda olduğu kimi rusiyalı hərbçilərin törətikləri vəhşiliklər üzə çıxdıqca onlarla danışıqlar aparmağa həvəs azalır.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1