Rusiya bütün Ukraynanı ələ keçirmək istəyib: Sumıda sənədlər tapıldı

Rusiya bütün Ukraynanı ələ keçirmək istəyib: Sumıda sənədlər tapıldı
Rusiya Federasiyası bütün Ukraynanı ələ keçirməyə hazırlaşırmış. Bu barədə Dövlət İstintaq Bürosunun müstəntiqlərinin Sumı vilayətində tapdığı rusiyalı hərbçilərə məxsus sənədlərdən məlum olub.
 
Ukrayna hüquq mühafizə orqanından bildirilib ki, Trostyanets şəhərində rusiyalı hərbçilər tərəfindən faktiki dağıdılmış şəhərin 2 min hektardan çox ərazisinə baxış keçirilib, Rusiya hərbçilərinin şəxsi əşyaları və sənədləri müsadirə edilib. Onların arasında bütün Ukraynanın işğalı ilə bağlı planlar da olub.
 
Dövlət İstintaq Bürosu onu da bildirib ki, istintaq hərəkətləri zamanı rusiyalı hərbçilərin mülki şəxslərə işgəncə verdiyi yerlər müəyyən edilib, sakinlərin qanunsuz həbsi və işgəncələrə məruz qalması ilə bağlı ən azı 34 fakt qeydə alınıb.
 
Hadisə yerindən dəyənəklər, əl qandalları, metal sancaqlar və zərərçəkmişlərin qan izləri olan paltarları aşkar edilib. Bundan başqa ərazidən ikisi uşaq olmaqla 23 nəfərin cəsədi eksqumasiya edilib.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...