Blinken İlham Əliyevə zəng etdi

Blinken İlham Əliyevə zəng etdi
Mayın 11-də Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng edib.
 
Sfera.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
 
Telefon danışığı əsnasında ABŞ Dövlət katibi Entoni Blinken Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü xatırladaraq, başsağlığını çatdırıb. O, həmçinin bu yaxınlarda Birləşmiş Ştatların Dövlət Departamentinin və ABŞ-ın Cənubi Qafqazın üç ölkəsində fəaliyyət göstərən səfirlərinin Azərbaycana səfər etdiklərini və səfər zamanı səmərəli müzakirələrin aparıldığını qeyd edib.
 
ABŞ Dövlət katibi Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqları və bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.
 
Entoni Blinken, həmçinin ABŞ-ın Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə dəstək verməyə hazır olduğunu vurğulayıb.
 
Prezident İlham Əliyev Azərbaycanın Ermənistan ilə münasibətləri normallaşdırmaq məqsədilə təqdim etdiyi 5 prinsipin Ermənistan tərəfindən qəbul edildiyini və Azərbaycanın bu prinsiplər əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu bildirib. Prezident İlham Əliyev, həmçinin Azərbaycanın delimitasiya və demarkasiya prosesinin tezliklə başlanılması üçün milli komissiyanın tərkibini müəyyən etdiyini diqqətə çatdırıb və nəqliyyat-kommunikasiya xətlərinin açılmasının vacibliyini qeyd edib.
 
Eyni zamanda, tərəflər Ermənistan ilə Azərbaycan arasında humanitar gündəliyə aid məsələlərə də toxunublar.
 
Telefon danışığı zamanı enerji təhlükəsizliyi məsələləri də müzakirə olunub.
 
Söhbət əsnasında ölkələrimiz arasında dialoqun artırılması imkanlarına, Azərbaycanda demokratikləşmə prosesinə dair fikir mübadiləsi aparılıb və ikitərəfli əlaqələrin inkişafında hökumətlərarası komissiyanın rolu xüsusilə qeyd edilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1

Şəhid Xudayarın adından saxta "Tik-Tok" açıb görün nə etdilər... - ANASI POLİSƏ MÜRACİƏT EDƏCƏK - FOTO

"Oğlumun adından "Tik-Tok" səhifələri açırlar, izləyici yığdıqdan sonra həmin səhifələrin adını dəyişib satırlar. Bu hal mənə çox pis təsir edir....

Anastasiya Voloçkova azərbaycanlı sevgilisindən danışdı - Rus dilini bilmir

Məşhur rus balerina Anastasiya Voloçkova bir müddətdir gündəmdən düşməyən azərbaycanlı sevgilisi haqda açıqlama verib.  Sfera.az axşam.az-a istinad...

Rusiyadan Qarabağdakı ermənilərə ŞOK TƏKLİF - Moskvadan növbəti HİYLƏ

"Hazırda Ermənistan-Azərbaycan sərhəddində vəziyyətin getdikcə gərginləşməsi birbaşa Ermənistanın daxili siyasi vəziyyəti ilə, üstəlikdə ki, Paşinyanın par...

Günün qoroskopu: Bunun üçün əlverişli zaman deyil!

Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik.   ...

Laçına gedən yol Xankəndidə yaşayan ermənilərin gözü ilə... – VİDEO

Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında, Xankəndidə yaşayan David Simonyan “Kafkazskiy Uzel” saytında Azərbaycanın Laçın dəhlizinə ...

Rusiyanın əməliyyatı başa çatdı - Şoyqu Putinə məruzə etdi

“Azovstal” poladəritmə zavodunun ərazisi tam təmizlənib.   Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.   Qeyd olunur ...