Türkmənistan Prezidenti Mikayıl Cabbarovu qəbul etdi

Türkmənistan Prezidenti Mikayıl Cabbarovu qəbul etdi
Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov Aşqabadda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.

Sfera.az Türkmənistan prezidentinin rəsmi saytının yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Mərkəzi Asiyada nəqliyyat-kommunikasiya şəbəkəsinin inkişaf perspektivlərindən və onun beynəlxalq nəqliyyat infrastrukturuna səmərəli inteqrasiyasından danışan Sərdar Berdiməhəmmədov, uğurlu icrası üçün hər iki ölkənin potensialından daha geniş istifadə etmək məqsədilə yeni nəqliyyat dəhlizlərinin formalaşdırılması üzrə birgə tədbirlərin görülməsinin zəruriliyini qeyd edib.

O vurğulayıb ki, Azərbaycan və Türkmənistan müasir infrastrukturundan istifadə edərək müxtəlif dövlətlərə tranzit xidmətləri göstərir. Bu fakt regionlararası və ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edir. Görüş zamanı enerji sahəsində əməkdaşlığın artırılmasının zəruriliyi məsələsi də müzakirə edilib.
Tərəflər həmçinin qeyd ediblər ki, nazirlik və idarələrin, işgüzar dairələrin nümayəndələrinin mütəmadi görüşləri, davam edən genişmiqyaslı birgə forumlarda iştirak Türkmənistan-Azərbaycan dialoqunun möhkəmlənməsinə xidmət edir.

Eyni zamanda, iki ölkənin sahibkarları arasında işgüzar əlaqələrin inkişafı üçün müvafiq iqtisadi, maliyyə və hüquqi şəraitin daha da təmin edilməsinin, birgə biznes forumların təşkilinin vacibliyi vurğulanıb.
 

OXŞAR XƏBƏRLƏR