Bu filmin treylerini bir gündə 10 milyon nəfər izlədi - VİDEO

Bu filmin treylerini bir gündə 10 milyon nəfər izlədi - VİDEO
Dünyanın ən çox gəlir gətirən filmi olan "Avatar” 13 ildən sonra ekranlara qayıdır.
 
Sfera.az bildirir ki, "Avatar: The Way Of Water” adı ilə tamaşaçılarla görüşəcək filmin treyleri həftənin əvvəlində yayımlanıb. "YouTube”da yayımlanan 90 saniyəlik görüntüyə 1 gündə 10 milyon baxış qeydə alınıb.

Məlumata görə, ilk filmin ulduzları Sam Uorsinqton, Zoe Saldana və Siqurney Viverlə yanaşı, Kayt Vinslet, Mişel Yeoh, Vin Dizel və Edi Falko kimi adlar da aktyorlar siyahısında yer alıb.

Xatırladaq ki, Ceyms Kameron imzalı ilk film təxminən 3 milyard dollar gəlir əldə edib.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR