Müğənninin xəyanət iddiasına keçmiş sevgilisindən CAVAB GƏLDİ: "Onu hələ də sevirəm"

Müğənninin xəyanət iddiasına keçmiş sevgilisindən CAVAB GƏLDİ:
Türkiyəli müğənni İrem Dericinin aldadılma iddiasına cavab gəlib.
 
Sfera.az bildirir ki, ifaçının keçmiş sevgilisi Cem Belevi ilk dəfə bu barədə danışıb. O, Derici ilə zənn ediləndən daha öncə yollarını ayırdığını deyib: 
"Amma İrem bunun paylaşılmasını istəmədi, məndən xahiş etdi. Özəl səbəbi var, məndə qalacaq. Qarşımda bir qadın var, hər şeydən əvvəl dəyərli həmkarımdır”.

Pop ifaçısı model Nergis Nesrullayeva ilə olan münasibətinə də toxunub və İremin son paylaşımının səbəbini bilmədiyini əlavə edib: 
"Onu nə əsəbləşdirdi bilmirəm. Amma mən onu çox sevdim, davam edə bilmədik, olmadı. Mən eşq mahnıları yazan, hisləri ilə hərəkət edən, adam kimi sevən biriyəm. Əsla İremin yazdığı cümlələri qəbul etmirəm və aldatmadım. Hələ də İremi çox sevirəm. Onun ürəyi ilə ağzından çıxan sözlər bir olmaya bilər, söylədiklərinə əhəmiyyət vermirəm. Ona xəyanət etmədim”.

Xatırladaq ki, mətbuatda yayılan aldadılma xəbərlərindən sonra ötən gün İrem Derici sosial şəbəkə hesabından paylaşım edib. "Səltənət bitdi, yarımçıq popçu. Səfil həyatının qalan müddətində sənə xoşbəxtlik arzulayıram. Xeyirli konsertlər dilən!”, - deyə o bildirib.

Türkan 
Sfera.az


OXŞAR XƏBƏRLƏR