Məşhur müğənni ikinci dəfə xəyanətə uğradı: “Səfil həyatında xoşbəxtliklər!”

Məşhur müğənni ikinci dəfə xəyanətə uğradı: “Səfil həyatında xoşbəxtliklər!”
Türkiyəli müğənni İrem Derici musiqiçi sevgilisi Cem Belevidən ayrılıb.

Sfera.az bildirir ki, ötən aylarda Belevinin xəyanətinə uğrayan, lakin qısa müddətdə yenidən barışıb münasibətinə davam edən ifaçı yenə oxşar hadisə yaşayıb. Belə ki, iddialara görə, pop ifaçısı Cem Dericini model Nergis Nesrullayeva ilə aldadıb.

Mətbuatda yayılan xəbərlərdən sonra isə, İrem sosial şəbəkə hesabından paylaşım edib. Beleviyə sərt sözlər ünvanlayan müğənni bu ifadələrdən istifadə edib: "Səltənət bitdi, yarımçıq popçu. Səfil həyatının qalan müddətində sənə xoşbəxtlik arzulayıram. Xeyirli konsertlər dilən!”.

Dericinin paylaşımından sonra Cem Belevidən hər hansı açıqlama gəlməyib.

Türkan
Sfera.az 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1