Tehranda həyəcan: Məktəblər bağlandı, əhaliyə xəbərdarlıq edildi

İdman
18:28 / 17.05.2022
822
İranın paytaxtı Tehranda havanın çirkliliyinin 201 mikroqram/kubmetr səviyyəsinə yüksəlməsi səbəbindən uşaq bağçaları, ibtidai məktəblər və əlillər üçün özəl məktəblərin fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, Tehran dünya şəhərləri arasında hava kirliliyi reytinqində 12-ci yerdədir.
Tehran merinin müavini Abid Mələki bildirib ki, qeyri-sağlam hava şəraiti və havanın çirklənməsinin kritik səviyyəsinə görə xüsusi fövqəladə hallar komissiyası yaradılıb.
Həmçinin, yaşlılara və xroniki xəstəliyi olanlara məcbur olmadıqca çölə çıxmamaları barədə xəbərdarlıq edilib.