\"Mançester Yunayted\"in ulduzu \"Yuventus\"a keçir

\
"Mançester Yunayted"in futbolçusu Nemanya Matiç yayda "Yuventus"a keçəcək.

Sfera.az "Daily Star"a istinadən xəbər verir ki, 33 yaşlı serbiyalı ulduz "qoca sinyor"ya keçməyə qərar verib. Onun "qırmızı şeytanlar"la müqaviləsi 2023-də başa çatır. Lakin oyunçu mövsümün sonunda İngiltərə nəhəngindən ayrılacaq.

Qeyd edək ki, Matiç 2017-ci ildən "Mançester Yunayted"də çıxış edir.
 

OXŞAR XƏBƏRLƏR