Külək Bakıda yeni təmirdən çıxan xəstəxananın damını uçurdu - FOTO/VİDEO

Külək Bakıda yeni təmirdən çıxan xəstəxananın damını uçurdu - FOTO/VİDEO
Bakıda ötən gündən etibarən əsən güclü külək xəstəxananın damını uçurub.

Sfera.az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Söhbət Yasamal rayonu, Tağı Şahbazı küçəsi 95 ünvanında yerləşən Uşaq Nevroloji Xəstəxanasından gedir.

Görüntülərdən məlum olur ki, yerindən qopan dam örtüyünün qalıqları yaxınlıqda park edilən avtomobillərin üzərinə düşüb. Nəticədə bir neçə avtomobilə, həm də ərazidəki ağaclara ciddi ziyan dəyib.

Hadisə yerindən görüntüləri təqdim edirik:


/qafqazinfo
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1