SON DƏQİQƏ! ABŞ-ın blokladığı Azərbaycan bankının sahibi ölkəni tərk edib

SON DƏQİQƏ! ABŞ-ın blokladığı Azərbaycan bankının sahibi ölkəni tərk edib
ABŞ-ın fəaliyyətini blokladığı banklar siyahısına Azərbaycanda 2020-ci ildən fəaliyyət göstərən Bankoff da daxil edilib. Ondan sonra minlərlə Azərbaycan vətəndaşı bankdakı vəsaitinin taleyi barəsində məlumat ala bilmir.

Qeyd edək ki, Bankoff  ABŞ tərəfindən bloklanan ilk Azərbaycan bankıdır və bank rəsmi olaraq bloklandığını təsdiq edərək müştərilərindən üzrxahlıq edib.

Bəs ABŞ-ın Azəbaycan bankını bloklamasına nə səbəb oldu?

Mövzu ilə bağlı açıqlama verən START UP üzrə layihə meneceri, ekspert Cəmil Hüseynzadə bildirib ki, Bankoff START UP layihəsi əsasında yaranmış milli onlayn bankdır.

"Bank bir ildən çoxdur ki, online olaraq fəaliyyət göstərirdi. Mobil tətbiq əsasında çalışırdı. Fəaliyyəti təkcə Azərbaycana deyil, bütün qlobal dünyaya fokuslanmışdı”.

Ekspertin sözlərinə görə Rusiyanın böyük banklarına sanksiya tətbiq olunduqdan sonra onlar alternativlər axtarmağa başladılar.

Bu alternativi isə onlayn Azərbaycan bankı olan Bankoff öz üzərinə götürdü və ondan sonra olanlar oldu:

"Son zamanlar Bankoff-a Rusiyadan xeyli visa və mastercard sifarişləri gəlməyə başladı və bu ölkədə yaşayan müştəriləri vasitəsilə bankın gəlirləri birə-beş artdı. Məhz Rusiyanın bloklanan şirkətləri ilə əməkdaşlıq etdiyi və Rusiya vətəndaşlarına xidmət göstərdiyi üçün Amerika online fəaliyyət göstərən Azərbaycan Bankının fəaliyyətini blokladı. Aprel ayının sonu və may ayının əvvəlində şirkət bloklandığnı açıqlamağa başladı. Bloklanma isə bankın xidmətlərindən istifadə edən bütün şəxslərə şamil edilir”.

Məlumata görə, bank Elmir Əliyev adlı şəxsə məxsusdur. Bankın fəaliyyəti bloklandıqdan sonra Elmir Əliyev bütün əlaqə nömrələrini və sosial-media hesablarını donduraraq Azərbaycanı tərk edib.

Mövzu ilə bağlı Rəqəmsal İnkişav və Nəqliyyat Nazirliyinin, o cümlədən Bankoff rəsmilərinin mövqelərini dərc etməyə hazırıq.//Bizim.Media

OXŞAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...