Nazilə Səfərlinin gəlini "PUL YAĞIŞI"na tutuldu - MANAT, DOLLAR... - VİDEO

Nazilə Səfərlinin gəlini
Şairə Nazilə Səfərlinin oğlu Nurlanın seçdiyi yarı Nuranənin Ağdaşda qız toyu keçirilib.

Sfera.az xəbər verir ki, bu gün Nazilə gəlininə açıq havada xına mərasimi təşkil edib. 

Mərasimdə bir sıra şou-biznes nümayəndələri iştirak edib. 

Nazilə gəlini Nuranənin üzünü gizlətsədə, məclisdə içtirak edən Əməkdar artist Nüşabə Ələsgərli sosial şəbəkə hesabında gəlinin üzü görsənən görüntülər paylaşıb. 

Diqqət çəkən məqam isə Nuranənin əyninə geyindiyi qırmızı libası olub. Belə ki, libasın üzərinə 50-100 manat və dollar əskinasları yapışdırılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl cütlük Qusarda Laza şəlaləsinin önündə nikaha daxil olublar. Nazilə Səfərlinin oğlunun toyu mayın 9-da baş tutacaq.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1