Azərbaycanda ən az kredit borcu olan şəhər və rayonlar hansılardır?

Azərbaycanda ən az kredit borcu olan şəhər və rayonlar hansılardır?
Azərbaycan əhalisinin adambaşına 1 727 manat kredit borcu var. Adambaşına düşən borcun məbləğinə görə ən çox borc Bakı şəhərində, ən az borc Balakən rayonundadır.

Sfera.az Mərkəzi Bankın açıqladığı məlumatlara istinadən xəbər verir ki, Bakı sakinlərinin borcu 5 938 manat, Balakən sakinlərinin borcu 100 manatdır.

Məlumatların təhlili göstərir ki, adambaşına düşən borcun məbləği iri şəhərlərdə daha yüksəkdir. Məsələn, adambaşına düşən kredit borcu Naxçıvan şəhərində 1 755 manat, Azərbaycanın ikinci ən böyük şəhəri olan Sumqayıtda 1 365 manat, üçüncü ən böyük şəhər olan Gəncədə 1 293 manat, Şirvanda 1 181 manat, Mingəçevirdə 1 107 manatdır.

Adıçəkilən şəhərlərdən başqa kredit borcu çox olan rayon və şəhərlərdən Naftalan şəhərinin (958 manat), Zaqatala rayonunun (948 manat), Bərdə rayonunun (888 manat), Abşeron rayonunun (789 manat) adını çəkmək olar.

Ən az kredit borcu olan şəhər və rayonlar arasında isə Balakəndən başqa Gədəbəy (131 manat), Ağdam (133 manat), Füzuli (140 manat) rayonlarıdır.
 
Vasif
Sfera.az

 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1