Film kimi hadisə: 88 yaşlı ingilis qadın \"azərbaycanlı\"ya aşiq oldu, başına oyun açdılar - VİDEO

Film kimi hadisə: 88 yaşlı ingilis qadın \
88 yaşlı ingiltərəli qadının aşiq olduğu azərbaycanlı gənci İTV tapıb.

Sfera.az xəbər verir ki, Diana adlı ingiltərəli qadın pandemiya zamanı sosial şəbəkədə özündən yaşca çox kiçik bir azərbaycanlı gənclə tanış olduğunu deyib.

Məlumata görə, onlar son 3 ildə virtual sevgi yaşayıblar.

Qadın bildirib ki, həmin gənc qadının 36 min funt sterlinqini oğurlayaraq yoxa çıxıb və bir müddət axtarılsa da, nəticə olmayıb.

İTV xəbər məsələ ilə bağlı araşdırma aparıb və həmin şəxsi tapıb. Şəkildəki şəxsi Azərbaycandan olan Faiq Məmmədov olduğu üzə çıxıb.

Məlum olub ki, adıçəkilən şəxsin məsələdən xəbəri olmayıb. Onun fotolarından istifadə edilərək qadını aldadıblar. 

Ətraflı İTV-nin süjetində:
 

OXŞAR XƏBƏRLƏR