İnsanları çipləməyə başladılar

İnsanları çipləməyə başladılar
ABŞ-da ilk beyin-kompüter interfeysinin kommersiya sisteminin klinik sınaqlarına başlanılıb.
 
Sfera.az xəbər verir ki, bu barədə "Aroged” xəbər portalı məlumat yayıb.
 
İlkin mərhələdə sistemin təhlükəsizliyinin təsdiqlənməsi, eləcə də düşüncə gücünün rəqəmsal qurğular ilə effektiv işləmək qabiliyyətinin yoxlanılması həyata keçirilir.
 
İmplantasiya zamanı çiplərin elektrodları qan damarlarından beyinə keçir və implantasiya əməliyyatı təxminən iki saat çəkir. Daha sonra maşın beyin fəaliyyətini elektrik siqnallarına çevirməyə başlayır və üzərində eksperiment aparılan insana mətn mesajları, e-poçt, onlayn alış-veriş və ya digər işləri yerinə yetirməyə imkan verilir.
 
Bu əməliyyatlarla "Synchron” şirkəti məşğul olur. Əgər klinik sınaqlar uğurlu olarsa, o zaman "Synchron” bu məhsulu kommersiya əsasında bütün əldə etmək istəyənlərə satmağa başlayacaq - çiplər əsasən iflic olan xəstələrə kömək etmək üçün nəzərdə tutulub.
 
Qeyd olunur ki, "Synchron” tanınmış rəqibi, beyinə implantasiya edilən çiplərin hazırlanması və istehsalı ilə məşğul olan İlon Maskın "Neuralink” şirkətini qabaqlayır./Oxu.az/

OXŞAR XƏBƏRLƏR

Məhkəmə Ələsgər Məmmədli barədə qərar QƏBUL ETDİ

Bakı şəhərinin Xətai Rayon Məhkəməsində “Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub.   Sfera.az xəbər ver...

Azərbaycan - Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib - Millət vəkili yazır…

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri bir çox ölkələrin, o cümlədən Ermənistanın mediasında geniş şərh olundu. Əslində ...

Prezidentdən Allahverən İsmayılov ilə bağlı SƏRƏNCAM

Allahverən İsmayılov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərə...

Bank BTB-də nə baş verir? Rəhbər işçilər bir-bir bankı tərk edir

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir.    Sfera.az xəbər verir ki, “Yeni Sabah”ın məlumatına görə, bu dəf...

Macarıstan XİN rəhbəri Azərbaycana GƏLƏCƏK

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün Azərbaycana gəlir.   Sfera.az xəbər verir ki, Peter Siyarto Bakıda bir sıra görüşlər...

Qısa müddətdə aliment təyin etdirmək olarmı? - Vəkildən AÇIQLAMA

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə qurmuş şəxslər arasında əgər münaqişə baş verirsə, onlar...