Polisə atəş açılıb, yaralanan var - VİDEO

Polisə atəş açılıb, yaralanan var - VİDEO
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində transmilli mütəşəkkil cinayətkar qrupun üzvləri saxlanılıblar.
 
DİN-dən Sfera.az-a verilən xəbərə görə, Baş İdarəyə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilmiş külli miqdarda narkotik vasitəni 2 nəfərin satmaq məqsədi ilə əldə etdiyi barədə əməliyyat məlumatı daxil olub.
 
Həmin şəxslərin saxlanılması istiqamətində Baş İdarənin əməkdaşları tərəfindən xüsusi əməliyyat tədbiri hazırlanaraq həyata keçirilib.
 
Onlardan biri əvvəllər də narkotiklərin qanunsuz dövriyyyəsi ilə məşğul olduğu üçün məhkum edilmiş Vüqar Cəfərov polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Onun əlindəki bağlamaya baxış zamanı ümumilikdə 32 kiloqram, o cümlədən 22 kiloqram marixuana, 4 kiloqram heroin, 6 kiloqram psixotrop maddə metamfetamin və 1600 ədəd metadon həbi aşkar edilib.
 
Vüqar Cəfərovla narkotik vasitələrin qanunsuz dövriyyəsində əlbir olan Rövşən Qasımov saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərərək idarə etdiyi "Opel” markalı avtomobillə qaçmağa cəhd göstərsə də polislər buna imkan verməyib. Polisə tabe olmayan həmin şəxs üzərində olan odlu silahla polis əməkdaşlarına atəş açaraq onların həyat və sağlamlığına böyük təhlükə yaradıb.
 
Polislər xidməti silahdan havaya xəbərdarlıq atəşi açaraq Rövşən Qasımovdan könüllü təslim olmasını tələb ediblər. Buna baxmayaraq, həmin şəxs müqaviməti davam etdirdiyindən və yenidən qaçmağa cəhd göstərdiyindən o, xidməti silahdan açılan atəş nəticəsində saxlanılıb. Rövşən Qasımova ilkin tibbi yardım edilib və o, xəstəxanaya yerləşdirilib. Ondan 1 ədəd "Makarov” marakalı tapança, patronlar, patron darağı, 500 qram metamfetamin, narkotik vasitələrin satışı zamanı pul dövriyyəsində istifadə olunan plastik kartlar və elektron tərəzi aşkar edilərək götürülüb.
 
Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər qaçaqmalçılıq yolu ilə Asiya ölkələrindən gətirilən narkotik vasitələri Azərbaycan ərazisindən tranzit zona kimi istifadə edərək Avropaya daşımağa çalışıblar.
 
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...