Ana 2 azyaşlı körpəsini sığınacağa atıb qaçdı - FOTOLAR

Ana 2 azyaşlı körpəsini sığınacağa atıb qaçdı - FOTOLAR
Azərbaycanda ana 2 azyaşlı körpəsini sığınacağın qapısına qoyaraq qaçıb.
 
Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat yayıb. 

Qurum həmin görüntüləri sosial şəbəkə hesablarında paylaşaraq uşaqların baxımsız və ayaqyalın vəziyyət olduqlarını bildirib:

"Bu görüntüləri onun üçün bölüşürük ki, qadın səhər gəlib polislərə, eləcə də sığınacaq işçilərinə qeyri-etik ifadələr işlədərək uşaqları geri götürmək istədiyini bildirib. Qadına uşaqları yalnız yerli icra hakimiyyətinin qərarından sonra təhvil verə biləcəyimizi dedik. Bundan əlavə, qadın uşaqları və özünü benzinlə yandıracağı ilə bağlı hədələr səsləndirib”.

Qurum, həmçinin qeyd edib ki, sözügedən ana böyük qızını da evdən qovub və aylardır ki, böyük qız da sığınacaqda qalır.

Günay Rəsulqızı
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR