Bakı-Qazax yolunda ağır qəza - Xəsarət alanlar var
18:27 / 04.05.2022
2302
Hacıqabulda yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan 3 nəfər -2 kişi, 1 qadın ağır xəsarətlər alaraq Şirvan şəhər xəstəxanasına
yerləşdirilib.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır./APA/