Polis 12 yaşlı uşağı öldürməkdə günahlandırılır – FOTO

Polis 12 yaşlı uşağı öldürməkdə günahlandırılır – FOTO
Filadelfiya Rayon Prokurorluğunun məlumatına görə, 26 yaşlı polis məmuru Edsaul Mendoza 12 yaşlı oğlanı öldürməkdə günahlandırılıb.
 
Sfera.az xəbər verir ki, sözügedən polis Tomas Siderio adlı azyaşlını silahsız olduğu olduğu halda öldürüb. 

Filadelfiya rayon prokuroru Larri Krasner, "Mendoza Siderioya üçüncü dəfə atəş açanda o, artıq silahının olmadığını və ona zərər verə bilməyəcəyini bilirdi, amma yenə də onu arxadan vurdu", - deyə bildirib.

Bazar günü tutduğu vəzifədən qovulan və nəzarətə alınan Mendozanın mayın 16-da keçiriləcək məhkəmə iclasına qədər həbsdə qalacağı deyilib.

İnci 
Sfera.az 


OXŞAR XƏBƏRLƏR