İntim videosu yayılan müəllimlə bağlı YENİ XƏBƏR - VİDEO

İntim videosu yayılan müəllimlə bağlı YENİ XƏBƏR - VİDEO
Tələbə qızlara əxlaqsız təkliflər etməkdə ittiham olunan Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimov dərslərə buraxılmır.

Sfera.az xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Lənkəran Dövlət Universitetinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müəllimlə bağlı ittihamlar öz təsdiqini taparsa, ona qarşı ağır cəza tətbiq olunacaq:

"Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq tədbirlər görüləcək. Müəllim özü də açıqlama verdi ki, ondan müəyyən məbləğdə pul istənilib və ödəmədiyi üçün video yayımlanıb. Gözləmə mövqeyindəyik, fakt təsdiqini taparsa, ən ağır şəkildə cəzalandırılacaq. Videodakı şəxslər universitetin tələbələri olmayıblar. Bundan öncə də bir neçə nəfərin oxşar videoları yayılıb”.

Xatırladaq ki, Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimovun tələbə qızlara qiymət yazmaq üçün əxlaqsız təklif etdiyinə dair videogörüntülər yayılıb. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma başlayıb.

Elşad Rəhimov universitetdə zooloq kimi - heyvanların anatomiyası və fiziologiyası, zoologiya və zoogigiyena, baytarlıq mamalıq və genetika fənnini tədris edib.
 

OXŞAR XƏBƏRLƏR

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...