DİN-dən universitet müəllimi ilə bağlı iddialara MÜNASİBƏT: YAYILAN GÖRÜNTÜLƏR...

DİN-dən universitet müəllimi ilə bağlı iddialara MÜNASİBƏT: YAYILAN GÖRÜNTÜLƏR...
Daxili İşlər Nazirliyi (DİN) Lənkəran Dövlət Universitetinin (LDU) müəlliminin tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

Sfera.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev APA-ya bildirib ki, nazirlik yayılan görüntülərdən məlumatlıdır.

"Yayılan iddialar Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırılır. Təfərrüatlar ətraflı araşdırmadan sonra məlum olacaq", - nazirlik nümayəndəsi qeyd edib.
Xatırladaq ki, sosial şəbəkədə LDU-nun müəllimi Elşad Rəhimovun tələbələrə qiymət yazmaq üçün əxlaqsız təklif etdiyi barədə iddialar yayılıb.
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1