Bu telefon sahiblərinin DİQQƏTİNƏ! - Bu gündən “WhatsApp” işləməyəcək - SİYAHI

Bu telefon sahiblərinin DİQQƏTİNƏ! - Bu gündən “WhatsApp” işləməyəcək - SİYAHI

Mesajlaşma proqramı olan WhatsApp aprelin 30-dan etibarən bəzi cihazlarda fəaliyyətini dayandıracağını açıqlayıb.

 

Bir çox WhatsApp istifadəçilərinin istifadə etdiyi cihazlar tətbiqin yeni versiyaları ilə uyğun gəlmir.

 

Dəyişdirilməli olan cihazları təqdim edirik:

 

- Android Ice Cream Sandwich əməliyyat sistemi ilə işləyən mobil telefonlar;

 

- Android 4.1 və daha aşağı əməliyyat sistemi olan cihazlar;

 

- iOS 10 və ya daha aşağı əməliyyat sistemləri ilə işləyən cihazlar artıq WhatsAppdan istifadə edə bilməyəcək;

 

Yəni Androidin Apple Pie, Banan Bread, Cupcake 1.5, Donut 1.6, Eclair 2.0, Froyo 2.2, Gingerbread 2.3, Honeycomb 3.0 və Ice Cream Sandwich 4.0 versiyalarından istifadə edənlər WhatsAppla vidalaşacaqlar.

 

Qeyd edək ki, cihazınızın WhatsApp ilə uyğun gəlmədiyini öyrənmək istəyirsinizsə, bunun üçün parametrlər bölməsinə keçid edib, sistem məlumatı üzərinə klikləyin və oradan cihazınızın xüsusiyyətlərinə baxın.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1