Azərbaycanda QƏTL: Əmisini dırmıqla ÖLDÜRDÜ - VİDEO

Azərbaycanda QƏTL: Əmisini dırmıqla ÖLDÜRDÜ - VİDEO
Ağcabədidə yaşayan Bahadur İsmayılov adlı şəxs mübahisə etdiyi əmisini dırmıqla vurub. Ağır xəsarət alan kişi aprelin 20-də xəstəxanaya yerləşdirilsə də, bir neçə gün sonra vəfat edib.
 
Laçın rayon sakini Bahadur İsmayılov Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yaşadığı evin həyətində münaqişə zəminində əmisi Əşrəf İsmayılovun baş nahiyəsinə dırmıqla xəsarət yetirib. Hadisə  aprelin 20-də baş verib.
 
Ağır xəsarətlər alan Əşrəf İsmayılov xəstəxanaya yerləşdirilsə də, 6 gün sonra dünən dünyasını dəyişib
 
Laçın rayon prokurorluğununun yaydığı məlumata görə aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin qardaşı oğlu Bahadur İsmayılov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı dırmıqla Əşrəf İsmayılovun başına xəsarətlər yetirib. Nəticədə sonuncu almış olduğu
 
xəsarətlərdən qeyd edilən tarixdə xəstəxanada ölüb. Faktla bağlı laçın rayon prokurorluğunda cinayət məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi başlanıb. Bahadur İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1

Bakının mərkəzi yolları və prospektlərində tıxac var - SİYAHI

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.   Mərkəzdən...

Bakıda avtoşluq edən əsgərlə bağlı YENİ XƏBƏR -  Cinayət işi başlanıb - VİDEO

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Məlikov Əziz Soltanpaşa oğlunun qanunsuz hərəkətləri, o cümlədən xidmət yerini özbaşına tər...

Bakı səmasında əzələ nümayişi: “MİQ-29”, “NF-5” və “F-16” nələrə qadirdir? - FOTO

Bir neçə gündür, Bakı səmasında döyüş təyyarələri dövrə vurur, müxtəlif tryukları məşq edir. Uçuşlar “TEKNOFEST Azərbaycan” festivalına hazırlıq çər...

Bakı metrosunda nasazlıq - Qatarlar gecikir / YENİLƏNDİ

Bakı metrosunda qatar gecikib.   Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.   Təxminən 6 dəqiqəyə yaxındır ki, “Dərnəgül”- ...

Məktəblərdə bayramdan sonrakı ilk dərs günü nə vaxtdır? - AÇIQLAMA

28 May - Müstəqillik Günü ilə əlaqədar olaraq, beşgünlük iş rejimində çalışan məktəbəqədər və ümumi təhsil müəssisələrində mayın 27-si həftənin son iş (dərs) gü...

Qəbələdə Nohurgöl daşdı - VİDEO

Qəbələnin Vəndam qəsəbəsində Nohurgöl güclü yağan yağışlar nəticəsində daşıb.   Sfera.az xəbər verir ki, daşqın göldə olan balıqları sahilə çıxarıb. ...