Namiq Ələsgərov "Sivasspor"a transfer olur?

Namiq Ələsgərov
Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərov "Bursaspor”u tərk edə bilər.
 
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
 
Məlumata görə, 27 yaşlı yarımmüdafiəçi "Sivasspor"un maraq dairəsinə düşüb.
 
İddiaya görə, Sivas klubu ilə yanaşı, Superliqanın daha bir neçə təmsilçisi təcrübəli oyunçunu heyətində görmək istəyir. Futbolçunun özü də Türkiyədə qalmaq niyyətindədir.
 
"Bursaspor" aşağı liqaya düşəcəyi təqdirdə, Ələskərun müqaviləsi avtomatik olaraq pozulacaq. Belədə yarımmüdafiəçi "Sivasspor"a azad agent kimi keçə bilər.
 
Bursa təmsilçisi I Liqada qalacağı halda isə Rza Çalımbayın baş məşqçi olduğu komanda yığma üzvünü müəyyən təzminat məbləği qarşılığında heyətinə qatacaq.
 

OXŞAR XƏBƏRLƏR