Mahir Emreli zədələndi

Mahir Emreli zədələndi
Xorvatiyanın "Dinamo” (Zaqreb) klubunda çıxış edən millimizin üzvü Mahir Emreli zədələnib.

Sfera.az xəbər verir ki, bu barədə "Sportske.jutarnji" nəşri məlumat yayıb.

25 yaşlı hücumçu Xorvatiya çempionatının 32-ci turunda "Qoritsa”ya 1:0 hesabı ilə qalib gəldikləri oyunda çiynindən xəsarət alıb. Onun müalicəyə başladığı və bərpa olunması üçün müəyyən vaxta ehtiyac olduğu bildirilib.

Emrelinin mayın 1-də "Lokomotiv” ilə paytaxt derbisini buraxacağı ehtimal olunur.
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1