Göygöldə məşq zamanı 15 idmançı xəstəxanalıq oldu

Göygöldə məşq zamanı 15 idmançı xəstəxanalıq oldu
Cüdo idman növü üzrə Azərbaycan çempionatına hazırlıq məqsədilə Göygöl Rayon Olimpiya İdman Kompleksində təşkil olunmuş təlim-məşq toplanışında iştirak edən müxtəlif bölgələrdən olan 15 nəfər yeniyetmə ilkin etimala görə dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu ilə rayon xəstəxanasına müraciət edib.
 
Sfera.az xəbər verir ki, onlar ürəkbulanma, hərarət və qusma əlamətləri ilə xəstəxanaya daxil olub.
 
Göygöl Olimpiya İdman Kompleksinindən bildirilib ki, yeniyetmələr artıq 5 gündür burada qidalanırlar və indiyə qədər yeməklə bağlı heç bir problem olmayıb.
 
Göygöl Olimpiya İdman Kompleksinin direktoru, cüdo millimizin məşqçisi Mövlud Mirəliyev də məslə ilə bağlı açıqlama verib.  O bildirib: "Bura dağ yeridir,
qaçıb tərləyiblər. Yağlı yemək yeyib, su içiblər".
 
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi 15 idmançının qidadan zəhərlənməsi ilə bağlı araşdırmalara başlayıb. Hazırda yeniyetmələrin hamısının vəziyyəti normaldır və onlar məşqlərinə davam edirlər.
 
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda da araşdırma aparılır.  

OXŞAR XƏBƏRLƏR

Bakıda məşhur əyləncə mərkəzi YANIR - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntülə...

Bakıda taxta bazarı YANIR - YENİLƏNDİ - 2 - FOTO

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.   DİN-in mətbuat xidmətindən Sfera.az...

Ceyranbatan su kanalında 1 nəfər BATDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazi...

Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...