Şiddətə meyilli polislər psixoloji testlərdən necə keçirlər? - AÇIQLAMA

Şiddətə meyilli polislər psixoloji testlərdən necə keçirlər? -  AÇIQLAMA
Ötən gün  Bakıda nişanlısını öldürüb ardınca özü intihar edən, bundan qabaq da həyat yoldaşını polis mərkəzində öldürən polis...
 
Son günlər cinayət əməllərinə səbəb olan polislərlə bağlı məsələ müzakirə obyektinə çevrilib. Bu hadisəlr cəmiyyətimizdə polislərin şiddətə meyilli olduğu istiqamətində fikirlərin yaranmasına səbəb olub.

Maraqlıdır, polislər işə qəbul edilərkən psixoloji testlərdən keçirilirmi və ya keçirilməlidirmi? Polislərin davranışlarına necə nəzarət olunmalıdır?
Bununla bağlı Sfera.az-a açıqlama verən "Polisə dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev bildirib ki, uzun illərdir polisə  xidmətə qəbul zamanı şəxslər tam tibbi müayinədən keçirlər:

"Onların psixoloji, sağlamlıq durumu yoxlanılır, təhlil edilir, ondan sonra xidmətə qəbul olunurlar. Cəmiyyətdə zaman-zaman təəccüb doğuran, ictimaiyyəti narahat edən, həyəcan təbili ilə müşahidə edilən cinayətlər olub. Bu meydançada polisi qınaq obyekti kimi işıqlandırmaq düzgün deyil. Bütün dövlət qurumları cəmiyyətdə baş verəcək cinayətlərin qarşısını almaq üçün müəyyən mənada maarifləndirmə tədbirləri həyata keçirməlidirlər. Bu, birlikdə olmalıdır, təkcə hüquq-mühafizə orqanlarının üzərinə qoymaq olmaz. DİN spesifik qurum kimi cinayətkarlıqla mübarizə aparır və bunun görünməyən tərəfi ondan ibarətdir ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə bağlı cəmiyyətin həmişə məlumatı olmur. Müəyyən müddətdən sonra bəzi informasiyalar gün üzünə çıxır. 

Ötən gün polisin nişanlısını öldürməsi, bundan əvvəl mərkəzdə həyat yoldaşını qətlə yetirən polis – bunların psixoloji durumunu deyə bilmərəm. Amma vətəndaşın özünün təfəkküründə müəyyən anda dərhal çat baş verə bilr. Belə insanlar öz hərəkətini qısa zaman ərzində qəlibə sala bilmir. Ümumiyyətlə, bu cür hadisələr Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən öyrənilməli və təhlil olunmalıdır”.

Müsahibimiz deyib ki, səbəblər araşdırıldıqdan sonra bu istiqamətdə müəyyən təkliflər verilməlidir:

"Komitənin yerlərdə qurumu var və onların işi məhz bundan ibarətdir. Qətl hadisəsinin baş verdiyi, intiharların olduğu ailələri mütləq tədqiq etmək lazımdır. Yalnız bundan sonra biz aydın şəkildə hadisənin törədilməsinə gətirib çıxara biləcək faktorları öyrənib, bütövlükdə ölkədə aradan qaldırılması istiqamətində kompleks tədbirləri görə bilərik.  Bu, silsilə şəkildə davam etməlidir. Amma təbii ki, polis xidmətində çalışanlar tərəfindən öz həyat yoldaşına, nişanlısına qarşı bu şəkildə davranış, hərəkət qəbuledilməzdir. Nəzərə alaq ki, 40 min şəxsi heyəti olan dövlət qurumunun sırasında 2 nəfər belə bir zorakılığa yol verib".

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...