“WhatsApp”a yeni funksiya əlavə edildi

13:32 / 18.05.2022
2636
"iPhone” smartfonları üçün "WhatsApp” messencerinin son versiyasında yeni funksiya əlavə edilib.
Sfera.az xəbər verir ki, bu barədə "9to5Mac” portalı məlumat yayıb.
Bildirilib ki, artıq səsli qrup zənglərində eyni vaxtda 32-dək istifadəçi iştirak edə bilər.
Qeyd olunub ki, bu imkan iOS-un 22.8.80 versiyasında mümkündür. Yeniləmə həmçinin tətbiqin təkmilləşdirilmiş interfeysini də əhatə edir.