Kiberhücumların qarşısını almaq üçün önəmli addım - VİDEO

Kiberhücumların qarşısını almaq üçün önəmli addım - VİDEO
Real həyatda təhlükəsizliyimizin önəmli olması kimi virtual aləmdə də bu ən önəmli məsələlərdən biridir. Bütün dünyada olduğu kimi ölkəmizdə də kibercinayətkarlığa qarşı mübarizə tədbirləri genişəndirilir. Bu məqsədlə artıq assosiasiya da təsis edilib. Ekspertlər deyirlər ki, yeni assosiasiya kibertəhlükəsizliyin gücləndirilməsi üçün səmərəli bir platforma olacaq. 
 
Ölkənin milli maraqlarının qorunmasında Kibertəhlükəsizlik önəmli yerlərdən birini tutur. Bunu xəzər xəbərə açıqlamasında İKT eksperti Osman Gündüz deyib.
 
Ekspert bildirib ki, ölkəmizdə artıq bir çox sahələr internetə inteqrasiya olunub. Müasir dünyada informasiya sistemlərinin qorunması mühüm əhəmiyyət kəsb edir. Ekspert vurğulayıb ki, Azərbaycan kibercinayətkarlıqla bağlı konvensiyalara da qoşulub.
 
Osman Gündüz bildirib ki, kiberhücumlarla bağlı problemlər bütün dünyada yaşanır. Müxtəlif ölkələrdə dövlət qurumlarının informasiya sistemi dağıdılaraq məlumatlar oğurlanır. Son dövrlər ölkəmizdə də belə neqativ halların qarşısını almaq üçün mübarizə tədbirləri gücləndirilib. Ekspert deyir ki, Azərbaycanda yeni yaradılan assosiasiya  kibercinayətkarlığa qarşı mübarizə imkanlarını daha da genişləndirəcək.
 
Ekspert əlavə edib ki, assosiasiya bu sahədə yeni təkliflərin hazırlanıb hökümətə təqdim edilməsində mühüm rol oynayacaq. Yeni qurum ən son texnoloji yenilikləri tətbiq edəcək.

 

OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...