Azərbaycanın 9 paracüdoçusu Antalya Qran-prisinə buraxılmadı - SƏBƏB

Azərbaycanın 9 paracüdoçusu Antalya Qran-prisinə buraxılmadı - SƏBƏB
Azərbaycanın 9 cüdoçusu aprelin 23-də Türkiyənin Antalya şəhərində start götürəcək gözdən əlillərin Qran-prisinə ("2022 IBSA Judo Grand Prix”) buraxılmayıb.
 
Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, bu, yarış öncəsi beynəlxalq hakimlərin göz tibbi təsnifatları nəticəsində müəyyənləşib.
 
Abdulla İsmayılov, Əlican İsmayılzadə, Bayram Mustafayev, Zakir Mislimov, Şəhanə Hacıyeva və Dürsədəf Kərimovanın tibbi təsnifatları tam bitmədiyindən, növbəti yarışlarda onlar üçün yenidən təsnifat olacaq.
 
Orxan Qarayev, Hüseyn Rəhimli və Xanım Hüseynovanın isə təsnifatdan keçmələri üçün həkimlər əlavə sənədlər istəyiblər.
 
Tibbi təsnifatdan cəmi 6 cüdoçu - kişilərdən İsmayıl Muradov (60 kq), Namiq Abaslı, Anar İsmayılzadə (hər ikisi 73 kq) və Saleh Sultanov (90 kq), qadınlardan isə Aysel İmamverdiyeva (70 kq) və Xatirə İsmiyeva (+70 kq) keçiblər. Beləliklə, ilk yarış günündə Muradov, Abaslı və İsmayılzadə, aprelin 24-də isə Sultanov, İmamverdiyeva və İsmiyeva tatami üzərinə çıxacaq.
 
Qeyd edək ki, Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına qədər bir neçə dəfə təşkil edilən tibbi təsnifatlar Oyunlarda tibbi göstəricilərinə görə iştirak edəcək idmaçıları müəyyənləşdirəcək. Bu qayda bütün paralimpiya idman növlərinə aid edilir.
 

OXŞAR XƏBƏRLƏR

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Aprelin 16-da Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib və son dövrlərdə Serbiyanın məruz...

Şəhərin simvolu sayılırdı: Danimarkada dünyanın ən qədim birjası yandı

Kopenhagenin mərkəzində baş verən yanğın şəhərin simvolunu məhv edib.   Sfera.az bildirir ki, 400 illik tarixə malik Danimarka Ticarət Palatasının ta...

Baydenin 1 illik qazancı bəlli oldu

ABŞ Prezidenti Co Bayden və həyat yoldaşı 2023-cü ildə 620 min dollar qazanıb. Sfera.az xəbər verir ki, bu barədə məlumatlar Ağ Evin saytında dərc olunan...

“ULTRA Technologies”: 25 il “Hər zaman İnnovasiya” şüarı ilə

Bir İT şirkəti üçün 25 il nəhəng təcrübənin yeni zirvələri fəth etməyə imkan verdiyi, enerji və yaradıcılıqla birləşdiyi bir mərhələdir. ULTRA Technologies yara...

BVF-dən dünya iqtisadiyyatı ilə bağlı proqnoz

Dünya iqtisadiyyatını daha bir il ərzində yavaş, lakin dayanıqlı inkişaf tempi gözləyir.   Sfera.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fond...

Bakıda külək elektrik stansiyası tikiləcək

Nazirlər Kabineti Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa o...