Söyüşə görə cəzalanan İsayev - “Peşman deyiləm”
15:41 / 22.04.2022
1143
"Səbail”in U-17 komandasının rəsmisi Mirbağır İsayevin AFFA İntizam Komitəsi tərəfindən 10 oyunluq cəza aldığını xəbər vermişdik. Klub rəsmisi komandanın "Keşlə”yə qarşı keçirdiyi matçın hakim-inspektoru Anar Salmanovu təhqir edib.
Sfera.az xəbər verir ki, "Qafqazinfo”ya açıqlama verən M.İsayev federasiya rəsmisini təhqir etdiyi üçün peşman olmadığını bildirib: "Mən o AFFA rəsmisini təhqir etmişəm ki, bu adam bir neçə il öncə hakimlikdən qovulub. İndi həmin Anar Salmanov gəlib referilərə qiymət verir. Mən ona dediyim sözlərə görə peşman deyiləm. Oyunun hakimini tanımırdım və onun haqqında heç nə deməmişəm. Elə bil ki məni rüşvətə görə hakimlikdən siliblər, Anar Salmanovu yox. Özünü elə aparır ki, sanki bu, o adam deyil. Onun üzünə söyüş söyməmişəm, sizə dediklərimi ona demişəm. AFFA Salmanovu hakimlikdən qovmuşdu, futboldan uzaqlaşdırılmışdı. Hakimlə heç bir problemim olmayıb, Anarla sözüm düz gəlməyib”.